Pulsuz sayt acmaq əslində sayt qurmaq üçün ilk addımdır.Burada öyrənilənləri daha sonrakı mərhələlərə daşımaq olar.
Başlanğıcda WordPress-lə sayt düzəltmək digər sayt düzəltmə platformlarına nisbətən çətin görünsədə bu əslində bir o qədər çoxfunksiyalı və rahatdır.Həmçinin daha sonra əsl sayt yaratmaq istədiyinizdə də öyrəndiklərinizi WordPress-də tətbiq edə bilərsiniz.
İstər pullu istər pulsuz sayt acmaq WordPress-lə mümkündür.Çünkü WordPress hər ikisi üçündə kifayət qədər resursa sahibdir.
Pulsuz saytların yaradılması üçün WordPress.com Pullu saytların yaradılması üçün isə WordPress.org-dan istifadə etmək mümkündür.Wordpress-in ən yaxşı xüsusiyyəti isə tamamilə pulsuz olmağıdır
WordPress.com və WordPress.org – bu ikisi arasındakı fərqi qısaca izah edək.
1.Wordpress.com – Siz burada yuxarıda olduğu kimi rahat bir formada öz saytınızı yarada bilərsiniz. (sizinsaytınadı.wordrpess.com)
Daha çox blog işinə yeni başlayan və ya mənim kimi çox vaxtı olmayan isdifadəçilər üçündür.
İdarəetmə avtomatik olaraq yerinə yetirildiyi üçün WordPress.org-dan fərqli olaraq isdifadəçinin səlahiyyət və vəzifələri daha azdır.
İsdifadəçilər müəyyən olunmuş pulsuz temalar arasından (200-ə qədər) seçim edəbilərlər.Lakin üzərlərində dəyişiklik etmə imkanları yoxdur.
2.Wordpress.org – Bu nöqtədə, pulsuz WordPress.Com sistemindən daha professional ancaq daha çox təcrübə istəyən saytlar yaradılabilər.(Sizinsaytınadı.com)
Platform pulsuz olmağına baxmayaraq server (Hosting) və sayt adı (Domain) tələb olunacağı üçün yarı pullu bir servis də demək olar.
Əgər belə professional bir sayt acmaq istəyirsinizsə
az.12minswebsite.com-a gedərək göstərilən müəyyən addımları izləyib öz saytınızı sadəcə 1 saat ərzində rahat bir formada qura bilərsiniz.
Sayt acmaq üçün lazımı şeylərdən biraz danışdıq.Yəni sayt qurma platformu olan WordPress-i ələ aldıq.Ancaq sayt acmaq üçün nələrə ehtiyacımız olduğunu bütövlükdə belə izah etmək olar:
1.Domain – Saytınızın adı (www.saytınız.com)
2.Hosting – Fayllarınız saxlanıldığı ərazi (tema,video,şəkil,məqalə və s)
3.Wordrpess-i Yükləmək – Tamamilə pulsuz olan bu platformu saytımız üçün quraşdırırıq
4.Wordrpess-i Tənzimləmək – Saytın admin panelində səhifə,yazı,tema və digərlərini istəyimizə uygun olaraq istifadə edirik
Sadəcə yuxarıdakı 4 addımla heç bir programlama dilinə ehtiyac olmadan asan və sürətlə öz saytınızı yarada bilərsiz